Siyasi məhbus Qiyas İbrahimə kitab qadağası

Qiyas İbrahimov

Hakimiyyәt Qiyasa vә kitaba xüsusi münasibәt göstәrir. Çünki ikisini da özünә tәhlükә sayır.

Barakların işıqlarının söndürülməsi yataq rejimin başlanmasından sonra heç bir Barakda zəif işıqlı gecə lampasının yanmasına heç bir qadağa yoxdur.
“Bu işıqda kitab oxumaq olmaz”yazıldığını heç bir qeyddə görməmişəm.Umumiyyətlə bele bir qadağa yoxdur.Ancaq kitab oxuduğum bele bir vaxtda gecə yoxlamasına gələn Mehman və Rəşad adlı nəzarətçilər kitab oxumamalı yatmalı olduğumu əmr edərək adımı qeyd etdilər.Növbəti səhər yoxlaması zamanı bu nəzarətçilər rəis müavini Şakir Qəniyevə bu haqda məruzə edərək mənim onlara tabe olmadığımı bildirdilər.
Rəis müavini heç bir əsas gətirmədən yatma rejiminə digər məhbusların yatmasına mane olduğumu söyləyib məni 9 saat müddətinə müvəqqəti karserdə göndərdi.Hansı ki heç oturmağa da yeri olmayan çirkab içində olan kameradır. Rəis müavininə növbəti etirazımda da o,səti cavab verməkdən yayındı,gecə öz yerimdə olduğum halda niyə kitab oxuya bilməyəcəyimi təsdiq edəcək tutarlı bir arqument gətirmədi.Dediyim kimi belə bir əsas üçün hansısa qanuni bir qeyd onsuzda yoxdur.Belə müdaxilələr demək olar ki nəzarətçilərin məhbuslardan rüşvət qopartmaq üçün etdikləri səylərdir. Ən xırda bəhanələrlə məhbuslardan rüşvət tələb edilir.Rəis müavini isə kalonun yaxşı kitabxanası olduğunu deyir.Hansı ki günün cəmi 2 saatı açıq ola ya olmaya.1sözlə burada həbsxana rəhbərliyinin vəhşi biznes maraqlarını təmin etməyən obyekt kimi kitabxananın açıq olmasına ehtiyac da görmürlər.

2 saylı CCM 22.09.2018
Qiyas İbrahim