Tramp Rusiyaya qarşı sanksiyalara görə fərman imzalayıb

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı tətbiq olunan sanksiyalara nəzarətin sərtləşdirilməsi ilə bağlı fərman imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, fərmanla həmin sanksiyaların daha sərt şəkildə tətbiqi ilə bağlı maliyyə naziri Stiven Mnuçinə əlavə səlahiyyətlər verilir.

Bundan başqa, federal nazirlik və idarələrə səlahiyyətləri çərçivəsində bütün lazımi tədbirləri görmək göstərişi verilir.