Türkiyənin idxalinda Rusiya 3-cü, ixracatinda isə hətta 20-də deyil

0
Məhəmməd Talıblı

Məhəmməd Talıblı

Ərdoğan və Putin arasında mövcud olmuş “soyuq” münasibətlər ABŞ pressinqindən sonra daha da yaxınlaşmağa başladı. Necə deyərlər, diplomatik sular istinməyə başlayıb. Məni bir iqtisadçı olaraq düşündürən bu idi ki, Türkiyə bu addımı ilə hansı siyasi konfiqurasiyanın yaranmasında yer alması və iqtisadi gözləntilərinin nədən ibarət olması ilə bağlı idi. İqtisadi gözləntilərdə 2 amili hədəflənməli idi: (ı) ticarət dövriyyənin artırması deyil, məhz Türkiyənin daha çox ixrac etmək üçün yaradılacaq üstün fürsətləri və güzəştləri əldə etmək; (ıı) Türk lirəsinin dayanıqlığına təsir göstərəcək pul-kredit siyasəti necə təsirləndirmək;
Bütövlükdə götürəndə Ərdoğanın Rusiyaya səfəri Rusiya-Türkiyə iqtisadi əlaqələrinin yaxşılaşması üçün nələr vəd edir? Bu ölkə ilə iqtisadi əməkdaşlığın genişlənməsi qardaş Türkiyəyə nə verə bilər? Bu tipli suallar çoxsaylı insanları maraqlandırır.
Son illərin sürətli eniş-çıxışların istisna etsək, sadə bir hesablama ilə normal bir ildə ortalama olaraq Türkiyənin Rusiyaya 6 mlrd. dollarlıq, Rusiyanın isə Türkiyəyə 25 mlrd. dollarlıq ixracat həyata keçirdiyini aydın görmək olar. Deməli, Türkiyənin ticarətdə 19 mlrd. dollarlıq mənfi saldonun (dış ticaret açıklığı) yaranması mövcud olub. Hər iki ölkənin ticarət dövriyyəsinin 31 mlrd. dollarlıq olduğunu nəzərə alanda, məlum olacaq ki, türk lirəsinin dayanıqlığına təsir göstərə bilən cəmi 6 mlrd. dollarlıq ticarət mübadiləsi ola bilər. Ən yaxşı halda bu qədərlik mal və xidmətləri lirəyə bağlamaq olar. Əks halda Rusiya 19 mlrd. dollarlıq lirəni rubla konvertasiya edib nə edəcək ki? Deməli, Rusiya ilə iqtisadi əlaqələr Türkiyənin milli valyutası olan lirənin dayanıqlığını təmin edən faktorlar sırasında yer almır.
Rusiya bazarı Türkiyədə istehsal olunan malların realizasiyası üçün mühüm bazar deyil. Türkiyə isə Rusiyaya əsasən kənd təsərrüfatı məhsulları, tininti materiallları, yüngül sənaye məhsulları (tekstil) satır. Əgər biz Türkiyənin ixracatının strukturuna diqqət etsək, məlum olacaq ki, Türkiyənin ixracatında Rusiya cəmi 1,2 faizlik paya sahibdir. Müqayisə üçün bildirim ki, Rusiya Türkiyənin ixracatçı ölkələri sırasında heç 20-ə daxil deyil.
Lakin Türkiyənin idxalında Rusiya 3-cü yerdə durur. Bu idxalda dominant sahə təbii qaz sayıla bilər. Belə ki, Rusiyadan Türkiyəyə ildə 14 mlrd. dollarlıq təbii qaz ixrac edilir. Yerdə qalan 5-6 mlrd. dollarlıq ixracını isə qeyri-qaz məhsulları tutur.
Türkiyənin indiki kritik situasiyada proyeksiyalandığı əsas hədəf iqtisadi əlaqələrin yaranması hesabına dollarla gəlir əldə etmə fürsətlərinin yaradılması, siyasi təzyiqləri neytrallaşdırmaq, beynəlxalq maliyyə quurmları ilə münasibətləri normallaşdırmaq, donor imkanları olan subyektləri müəyyənləşdirib intensiv danışıqlara başlamaq olmalıdır.