80 mindən çox rusiyalı bankrotdur

2018-ci il oktyabrın 1-nə Rusiyada kredit borcu olan 80 min 640 fiziki şəxs bankrot elan edilib. Novator.az-ın məlumatına görə, Birləşmiş Kredit Bürosu belə hesabat açıqlayıb.

Hesabatda qeyd olunur ki, 739 min rusiyalı potensial bankrotdur. Söhbət 500 min rubldan çox kredit borcu olan və ödəniş müddətini 90 gün ötürmüş şəxslərdən gedir.

Oktyabrın 1-nə Rusiyada potensial bankrotların sayının ötən ilin eyni dövrünə nəzərən 7,5% artdığı xəbər verilir. Orta hesabla hər şəxsin 1,66 milyon rubl kredit borcu olduğu vurğulanır.

Birləşmiş Kredit Bürosu bildirir ki, fiziki şəxslər arasında bankrot sayına görə Ural federal dairəsi öndədir. Bu federal dairədə 2933 şəxs bankrot olub.