ABŞ-dan Səudiyyə Ərəbistanına sanksiya

ABŞ Dövlət Departamenti Qaşıqçı cinayətiylə bağlı Səudiyyə Ərəbistanına qarşı sanksiya tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamentinin mətbuat xidməti yayıb. Sanksiyalar siyahısına Qaşıqçının ölümündə şübhəli bilinən 21 nəfər daxil edilib.

Bu şəxslərin vizalarının ləğv ediləcəyi və ABŞ-a girişlərinin qadağan olunduğu vurğulanıb.