“Apple” ‘MacBook’ və ‘Ipad’-in ucuz versiyalarını təqdim edəcək

“Apple” şirkəti çərşənbə axşamı “MacBook” noutbukunun yeni ucuz versiyasını, “iPad” planşeti və “Mac” kompüterinin yenilənmiş versiyalarını təqdim etmək niyyətindədir.

Bu barədə “Wall Street Journal” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, “Apple” şirkəti “MacBook”un yenilənmiş ekran və daha sakit klaviaturalı yeni ucuz variantını təqdim edəcək.

Xəbərdə bildirilir ki, texnologiya nəhəngi həmçinin yenilənmiş prosessorla təchiz edilmiş “Mac mini” kompüterini və sifətin tanınması texnologiyasına malik yeni datçik və daha sürətli prosessorla təchiz edilmiş “iPad Pro” planşetini təqdim edəcək.