“Azərbaycan adambaşına düşən hüquqi yardıma görə ən aşağı yerdə dayanır”

0

Azərbaycan Avropa Şurası ölkələri arasında adambaşına düşən hüquqi yardıma görə ən aşağı yerdə dayanır. Bu barədə Avropa Şurasının Ədliyyə Səmərəliliyi üzrə Avropa Komissiyasının hesabatında deyilir.

Bu rəqəm Avropanın adambaşına hüquqi yardım büdcəsinin orta göstəricisindən (6.96 avro) 100 dəfə aşağıdır.

Ədliyyə Nazirliyindən BBC News Azərbaycancaya bildiriblər ki, hesabatla tanış olandan sonra öz münasibətlərini açıqlayacaqlar.

Hesabatda göstəririlir ki, Azərbaycan hər 100 min nəfərə 5.2 peşəkar hakimin düşdüyü ən aşağı göstəricisi olan ölkələr siyahısındadır.

2016-cı ilə qədər dövrü əhatə edən hesabatda Azərbaycandakı ədliyyə mühiti təhlil olunub.

Tədqiqatçılar hesab edirlər ki, Azərbaycanın göstəriciləri son illər ərzində aşağı düşüb.

Azərbaycan məhkəmə xərclərinə görə də Avropa ölkələrindən xeyli geri qalır, amma hakimlərin orta aylıq Ermənistan və Rumıniyada olduğu kimi yüksəkdir. Karyeralarının başlanğıcında hakimlər orta əməkhaqqından 4 dəfədən çox, karyeralarının sonunda isə orta əməkhaqqından 6 dəfədən çox qazanırlar.

Avropada karyerasının sonlarında olan hakimin gəliri ölkədə orta əməkhaqqından 4.5 dəfə çoxdur.

Azərbaycan adambaşına düşən vəkil sayına görə ən aşağı göstəricilərə sahibdir – hər 100 min nəfərə 9.5 vəkil düşür. Bu, orta Avropa göstəricisindən (162 vəkil) 17 dəfə azdır.

Sorğuda iştirak edən ölkələr arasında Azərbaycan 2016-cı ildə adambaşına məhkəmə sisteminə ən aşağı dövlət büdcəsi (7.8 avro) ayıran ölkə olub. Qonşu Gürcüstanda bu rəqəm 9.7 avro olub.

Hesabat 2016-cı ilin göstəricilərinə istinadən yazır ki, Azərbaycanda hər 100 min nəfərə 11 prokuror düşür ki, bu da Avropa üzrə orta göstəricidən azdır.