Azərbaycanda doğum azalır, ölüm halları artır

 Bu ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyi qeydiyyat ölkədə 90523 körpə qeydə alıb. Hər gün orta hesabla 373 körpə doğulub.

Əhalinin hər 1000 nəfərinə bu göstərici 13,8 təşkil edir. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşağıdır.

Doğumun azalması müşahidə edilir. Ötən ilin analoji dövründə ölkədə 95395, yaxud hər gün orta hesabla 393 doğulmuş körpə qeydə alınmışdı. Beləcə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edirdi.

2018-ci ilin 8 ayında ölkədə 39496 ölüm halı qeydə alınıb. Bu göstərici üzrə əhalinin hər 1000 nəfərinə 6,0 ölüm düşür.

Ölənlərin sayında isə əksinə artım var. Ötən ilin eyni dövründə ölkədə 39004 ölüm halı qeydə alınmışdı.

Bu ilin 8 ayında ölkədə 40235 nikah və 9877 boşanma hallarını qeydə alınıb.

2017-ci ilin 8 ayı ərzində 40256 nikah və 9787 boşanma baş verib.