“Beşiktaş” 4 futbolçusu ilə yolları ayırır

Türkiyənin “Beşiktaş” klubu 4 futbolçusu ilə yolarını ayırmağa hazırlaşır.

Qol.az-ın “Hürriyət”ə istinadən yaydığı məlumata görə, İstanbul təmsilçisi Vagner Lav, Kayl Larin, Enzo Roko və Adriano Korreanın satışından gəlir əldə etməyi planlaşdırır.

Yeni mövsümdə hələlik istədiyi nəticəni qazana bilməyən “ağ-qaralar” yaxşı təklif gələcəyi halda Rikardo Kuarejmanı da komandadan göndərəcək.

Qeyd edək ki, “Beşiktaş” Türkiyə Superliqasında 9 turdan sonra 15 xalla 5-ci pillədə qərarlaşıb.