Braziliyada seçki keçirilir

0

Oktyabrın 7-də Braziliyada ümumi seçkilər keçirilir.

Xəbərə görə, səsvermə zamanı braziliyalılar yeni prezident, vitse-prezident, 54 konqresmen və Konqresin aşağı palatasına 513 deputat, həmçinin 27 əyalət qubernatoru seçməlidirlər.

Ölkənin prezident postuna 13 namizəd iddialıdır. Əgər birinci turda heç bir namizəd 50 faizdən çox səs toplamasa, o zaman oktyabrın 28-də prezident seçkilərinin ikinci turu keçiriləcək.

Qeyd edək ki, Braziliyada 147,3 milyon insan səsvermə hüququna malikdir.