Fizika üzrə Nobel mükafatı laureatları açıqlanıb

0

2018-ci ilin fizika üzrə Nobel mükafatının laureatları açıqlanıb: Artur Eşkin, Jerar Muru və Donna Strikland. Novator.az xəbər verir ki, İsveç Elmlər Akademiyasının Nobel komitəsi oktyabrın 2-də alimlərin mükafata lazer fizikası sahəsində yeni ixtiralara görə (optik pinsetlərin kəşfi və onların bioloji sistemlərdə tətbiqi; yüksək intensivliyi olan ultraqısa optik impulsların generasiyası metodunun aşkarlanması) layiq bilindiyini bəyan edib.

1922-ci il təvəllüdlü Artur Eşkin amerikalı, 1944-cü il təvəllüdlü Jerar Muru fransız, 1959-cu il təvəllüdlü Donna Strikland kanadalıdır.

Nobel mükafatının məbləği 940 min ABŞ dollarıdır.

2018-ci ilin fiziologiya və tibb üzrə Nobel mükafatına amerikalı Ceyms Ellison və yaponiyalı Tasuku Hondze layiq görülüblər.