İŞİD terrorçuları 700 insanı girov götürüb

İŞİD terrorçuları Suriyanın Bəhrə şəhərində qaçqın düşərgəsinə hücum edərək 700 insanı girov götürüb.

Bu barədə Rusiyanın Suriyadakı Atəşkəsi İzləmə Mərkəzinin rəhbəri Aleksandr Savçenko deyib.

“Tam cəzasızlıq mühitindən istifadə edərək İŞİD 130 ailədən olan 700-ə yaxın insanı girov götürərək Hacin istiqamətində aparıb”, – deyə o bildirib.

Savçenko əlavə edib ki, terrorçular girov götürdükləri dinc sakinlərdən Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı canlı qalxan kimi istifadə edə bilər.