Məhkəmə Mehman Hüseynovun apellyasiya məhkəməsi keçirilib

0

Bakı Apellyasiya Məhkəməsində bu gün Elman Şamayevin sədrliyi ilə bloger Mehman Hüseynovun şərti azadlığa buraxılmasından imtina ilə bağlı şikayəti üzrə hazırlıq iclası keçirilib.

Bloger özü iclasda iştirak edib. Məhkəməyə gələn fəallar onu alqışlarla qarşılayıb və yola salıblar.

Vəkil Şəhla Hümbətova Hüseynov barəsində mənfi xasiyyətnamə verən cəzaçəkmə müəssisəsi əməkdaşının məhkəməyə çağırılması haqqında vəsatət qaldırıb. Amma məhkəmə vəsatəti təmin etməyib, mahiyyəti üzrə dinləmələri 17 oktyabr saat 16:00-a təyin edib.

İclasdan sonra vəkil jurnalistlərlə söhbətində qeyd edib ki, Hüseynov psixoloji təzyiqdən şikayət edir. Xüsusən, onun telefonla zəng etməsinə icazə vermirlər. Bundan başqa, Hüseynova başqa məhbuslara hüquqlarını izah etdiyinə görə cəzalandıra biləcəkləri barədə eyham edirlər.

Xatırladaq ki, avqustun 24-də Qaradağ rayon məhkəməsi Mehman Hüseynovu cəzasının yarısında çoxunu çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxmaqdan imtina edib.

* Bloger Mehman Hüseynov 2017-ci ilin martında Nəsimi rayon polis rəisi Musa Musayevin ona qarşı iddiası ilə əlaqədar böhtan ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

İddiaya Hüseynovun ötən ilin yanvarında sözügedən müəssisədə ona qarşı işgəncələr haqqında bəyanatları səbəb olub.

Amma hüquq müdafiəçilərinin qənaətinə görə, Hüseynovun təqibinin əsl səbəbi onun Azərbaycan hökumət və parlament üzvlərinin təmtəraqlı villaları haqqında videoreportajları olub.

Beynəlxalq Amnesty İnternational təşkilatı Hüseynovu “vicdan məhbusu” kimi tanıyıb.