Millimiz qələbə qazanıb

UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, D liqasının 3-cü qrupunda yer alan millimiz də növbəti görüşünü keçirib. Qurban Qurbanovun komandası səfərdə Farer adaları yığmasının qonağı olub və 3:0 hesabı ilə qalib gəlib. Bu, millimizin turnirdəki ilk qalibiyyəti olub. Qələbə ilə xalını 5-ə çatdıran yığmamız turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Digər görüşdə Kosovo Maltaya 3:1 hesabı ilə qalib gələrək liderliyini qoruyub.

Qeyd edək ki, komandamız növbəti turda Malta ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun oktyabrın 14-də saat 20:00-da başlayacaq.

UEFA Millətlər Liqası

D liqası, 3-cü qrup, II tur

11 oktyabr

22:45. Farer adaları – Azərbaycan – 0:3
Qollar: 
Riçard Almeyda 28, Dmitri Nazarov, 68, Riçard Almeyda, 86-pen
AHakimlər: Aleksey Yeskov, Dmitri Mosyakin, Anton Averianov, Valeri Dançenko (Rusiya)
Torşavn, “Torsvullur” stadionu

22:45. Kosovo – Malta – 3:1
Qollar: Kololi, 30 (1:0), Aqius, 51 (1:1), Muriqi, 68 (2:1), Kololi, 81 (3:1)