Oktyabrın 18-i Azərbaycanda Dövlət Müstəqilliyi Günüdür

Bu gün, 27 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Həmin il oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir.

Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar sessiyaya qatılmır.

Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılır. Əhalinin 95 faizi bu referendumda iştirak edərək, ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verir. Hərçənd, bundan 9 ay öncə Azərbaycanda da SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilmişdi .Yerli hakimiyyətin iddiasına görə, səsverməyə qatılanların çoxu SSRİ-nin saxlanmasına səs vermişdi. Həmin referendumu müxalifət qüvvəsi- Azərbaycan Xalq Cəbhəsi boykot etmişdi. Bu təşkilat referendumun nəticələrinin saxtalaşdırıldığını açıqlamışdı.

O dövrün müstəqil araşdırmaçılarının fikrincə, 1991-ci ilin avqustunda Moskvada dövlət çevrilişinə cəhd və bunun qarşısının alınmasından sonra isə bütün SSRİ-də fərqli mənzərə yaranmış, müstəqillik tərəfdarlarının mövqeləri güclənmişdi. Elə həmin hadisələrdən bir qədər sonra da Azərbaycan və bir sıra müttəfiq respublikada Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.

2006-cı il dekabrın 8-də Azərbaycan Milli Məclisi Əmək Məcəlləsinə dəyişiklik edir. Həmin dəyişikliyə görə, 18 oktyabr Müstəqillik Günü kimi qalsa da, artıq istirahət günü kimi qeyd edilmir.

İstiqlaçı millət vəkilləri

1.İxtiyar Şirinov
2.Firudin Cəlilov
3.Dilarə Əliyeva
4.Füzuli Axundov
5.Aydın Məmmədov
6.Əyyam Musayev
7.Heydər Əliyev
8.Vahid Əhmədov
9.Ramiz Fətəliyev
10.Cümşüd Nuriyev
11.Məmməd Xələfov
12.Etibar Məmmədov
13.Nəriman Həsənzadə
14.İsa Qəmbər
15.Sabir Rüstəmxanlı
16.Tofiq Bağırov
17.Mürşüd Məmmədli
18.Şadman Hüseynov
19.Faiq Baxşəliyev
20.Mirmahmud Fəttayev
21.Ədalət Rəhimov
22.İsgəndər Həmidov
23.Mətləb Mütəllimov
24.Tahir Əliyev
25.Rəhim Qazıyev
26.Tamerlan Qarayev
27.Eldar Bağırov
28.Tofiq Qasımov
29.Məryəm Həsənova
30.Arif Hacılı
31.Tahir Kərimli
32.İsmayıl Şıxlı
33.Yusif Səmədoğlu
34.Maşallah Abdullayev
35.Hacıbaba Əzimov
36.Bayram Bayramov
37.Hicran Kərimli
38.Vaqif Novruzov
39.İbrahim İbrahimli
40.Allahverdi Həsənov
41.Sülhəddin Əkbər
42.Şahmərdan Cəfərov
43.Fərəc Quliyev