“Ölülərin kitabı” 1.3 milyona satıldı

Monakoda keçirilən hərracda “Ölülərin kitabı”adlandırılan papirus 1.3 milyon avroya satılıb.

Kult.az xəbər verir ki, hərrac “Hоtel des Ventes de Monte-Carlo” hərrac evi tərəfindən təşkil olunub.

Məlumata görə, qədim Misir papirusu dini mövzulara həsr olunmuş mətnlərin toplusundan ibarətdir. Sözügedən papirusu qədim misirlilər ölüyə qəbir dünyasında yol göstərməsi üçün məzarlara qoyublar.

Papirus e.ə 595-589-cu illərdə II Psammetixin hakimiyyəti dövrünə aid edilir. 192 başlıqdan ibarət “Ölülər kitabı”nın uzunluğu 17 metrdir.