Paşinyanın yenidən baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb

Ermənistan parlamentində baş nazirin vəzifəsini icra edən Nikol Paşinyanın baş nazirlik üçün namizədliyi bir daha irəli sürülüb. Bu barədə TASS xəbər yayıb. 

Paşinyanın namizədliyini parlamentdəki “Elk” və “Tsarukian” partiyalarının qrupları  irəli sürüb. Məlumatı “Elk” Partiyasının parlament qrupunun başçısı Lena Nəzəryan bildirib.

O, Nikol Paşinyanın namizədliyi haqqında ərizəni əvvəllər iqtidarda olmuş Ermənistan Respublikaçılar Partiyasından istefa vermiş bir neçə deputatın da imzaladığını deyib.

Ermənistanda baş nazir seçkilərində ikinci turun səsverməsi parlamentin noyabrın 1-də baş tutacaq xüsusi iclasında keçiriləcək.

Oktyabrın 24-də keçirilən ilk turda deputatlar N.Paşinyanın namizədliyini qəbul etmədilər.

İkinci turda da baş nazir seçilmədiyi təqdirdə parlament buraxılacaq və ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.