Qəzzada 5 fələstinli ölürülüb və 85 nəfər yaralanıb

Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 5 fələstinli ölüb, 85 nəfər xəsarət alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidrə məlumat verib.

Qeyd edək ki, “Böyük Qayıdış Yürüşü” çərçivəsində yeddi ay əvvəl bölgədə başlamış kütləvi etiraz aksiyaları cümə günləri daha geniş vüsət alaraq tez-tez insan tələfatına gətirib çıxarır.