Qəzzada növbəti toqquşma: 6 fələstinli öldü

Qəzza sərhəd zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 2 fələstinli ölüb.

Axar.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

Yaralıların dəqiq sayı bəlli deyil.

***

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı 6 nəfərə çatıb.

Bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf Kidrə məlumat verib.

Onun sözlərinə görə, toqquşmalarda 60 fələstinli də yaralanıb.