Rusiyanın ən böyük doku batdı

Murmanskda dünyanın ən böyük üzən PD-50 adlı gəmi təmiri doku batıb.

Axar.az xəbər verir ki, insident Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Admiral Kuznetsov” təyyarədaşıyan gəmisinin təmiri zamanı baş verib. Elektrik enerjisi verilməsində baş verən qəza nəticəsində PD-5-nin sisternləri dolub və o batmağa başlayıb.

Gəmi təmiri zavodunun rəsmisi hadisə zamanı “Admiral Kuznetsov”un zədələnmədiyini bildirib.

Murmanskda nəşr olunan “SeverPost” qəzeti qəza nəticəsində iki qüllə kranının aşdığını yazıb. Kranlardan biri gəminin göyərtəsinə düşüb.

“Admiral Kuznetsov” gəmisi hadisədən sonra limana qayıdıb.

Qeyd edək ki, Rusiyanın yeganə təyyarədaşıyan gəmisi olan “Admiral Kuznetsov” təmirə dayanıb. Onun 2021-ci ildə xidmətə qayıdacağı bildirilir.

Əvvəlki məqaləİranda azərbaycanlı siyasi fəal saxlanılıb
Növbəti məqalədəTatarıstanda İŞİD-çilər saxlanılıb