Səudiyyə Ərəbistanlı jurnalistin meyidi doğranaraq yox edilib

Turan agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı mənşəli jurnalist, “Washington Post” qəzetinin Orta Şərq məsələləri üzrə şərhçisi Camal Qaşıqçı vətəndaşı olduğu ölkənn İstanbuldakı baş konsulluğunda öldürüləndən sonra onun meyidi doğranaraq yox edilib.Bu barədə İstanbul Cümhuriyyət baş prokurorluğu açıqlama yayıb. Açıqlamada “Əvvəlcədən aparılan planlaşdırmadan sonra Camal Qaşıqçı konsulluğun binasına girən kimi öldürülüb və meyidi doğranaq hissələrə ayrılandan sonra yox edilib”- şəklində bir cümlə öz əksini tapıb.

Oktyabrın 2-də günorta saatlarında bəzi sənədləri almaq məqsədiylə Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gedən Səudiyyə Ərəbistanı mənşəli jurnalist Camal Qaşıqçı bir daha geri qayıtmatıb. Jurnalistin Türk mənşəli nişanlısı Hatice Cengiz saat təxminən 17-də Qaşıqçının baş konsulluqdan çıxmadığını bildirib.Səudiyyə Ərəbistanının rəsmi dairələri oktyabrın 20-də Qaşıqçının “konsulluqda baş verən əlbəyaxa mübahisə nəticəsində öldüyünü” açıqlasalar da meyidin harada olması barədə heç bir məlumat verilməyib.ABŞ və AB ölkələri öldürülən jurnalist haqqında düzgün məlumat əldə etmək məqsədi ilə Səudiyyə Ərəbistanına təzyiqi gücləndirərkən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Türkiyəyə gələrək Ankaranın əlindəki məlumatlarla tanış olub.Türkiyə prezidenti Recep Tayyip Erdoğan oktyabrın 30-da partiyasının parlament qrupundakı çıxışında Səudiyyə Ərəbistanını jurnalistin ölümü ilə bağlı təfərrüatları açıqlamağa çağırıb.Ölüm hadisəsini birlikdə araşdırmaq üçün oktyabrın 30-da İstanbula gələn Səudiyyə Ərəbistanının baş prokuroru İstanbul baş prokuroru ilə görüşüb. Səudiyyə Ərəbistanı baş prokurorunun oktyabrın 31-də Türkiyədən ayrılmasından sonra İstanbul Cümhuiyyət baş prokurorluğu jurnalist Camal Qaşıqçının “Səudiyyə Ərəbistan konsulluğunda əvvəlcədən hazırlanan planla öldürüldüyünü, meyidin doğranaraq yox edildiyini” açıqlayıb.İstanbul Cümhuriyyət baş prokurorluğunun açıqlamasında “hadisənin təfərrüatları ilə aydınlığa qovuşdurulması üçün başladılan istintaqın ətraflı şəkildə davam etdiyi” vurğulanıb.Baş prokurorluğun açıqlamasında “Həqiqətin meydana çıxarılması üçün xoş niyyətlə göstərdiyimiz bütün cəhdlərə baxmayaraq,(Səudiyyə Ərəbistanının baş prokuroru ) müzakirələrdən heç bir konkret nəticə əldə edilməmişdir”- sözlərinə də yer verilib. Müzakirələrin davam etdirilməsi məqsədi ilə İstanbul Cümhuriyyət baş prokuroru Səudiyyə Ərəbistanına dəvət edilb. Təhqiqatın nəticəsini gözləmədən Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu oktyabrın 17-də Türkiyəni tərk edib. Camal Qaşıqçının nişanlısı Hatice Cengizin tələbindən sonra Türkiyə polisi ona rəsmi cangüdənlər verib.