Siyasi məhbus Məmməd İbrahimin işi məhkəməyə göndərildi

AXCP Rəyasət Heyətinin üzvü Mammad İbrahimin işi üzrə istintaq yekunlaşıb və iş məhkəməyə göndərilib.

Bu barədə Məmməd İbrahimin oğlu Turan İbrahim Abzas.net-ə məlumat verib.
“Vəkil vəsatət verərək yataqdan “tapılan” bıçaqla bağlı ekspertiza keçirilməsi, Məmməd Ibrahimin əl izinin olub-olmaması haqda ekspertiza keçirilməsini xahiş edib. Alınan ekspertiza rəyinə görə bıçağın üzərində Məmməd İbrahimə aid əl izi aşkarlanmayıb”,- deyə Turan İbrahim bildirib.