SOCAR-ın Konqres üzvlərinin səfərlərinə ayırdığı məbləğ açıqlanıb

0

İttihamnamə Türkiyə mətbuatında yayılıb

ABŞ-ın Vaşinqton bölgə məhkəməsinin 3 noyabr 2016-cı ildə hazırladığı ittihamnamədə Konqres üzvlərinin Azərbaycana səfərlərinin SOCAR tərəfindən maliyyələşdirildiyinə dair iddia yer tutub. Bu barədə Türkiyənin “Sözcü” qəzetinin müxbiri Aytunç Erkin 8 oktyabr tarixli “2.2 milyon dollarlıq trafik ABŞ sənədində” adlı yazısında ətraflı məlumat verib.

Prokurorluq ittihamnaməsini əldə etdiyini yazan Aytunç Erkin bir neçə ildən bəri İnterpol tərəfindən axtarılan və avqustun 29-da Ermənistanın paytaxtı Yerevanda yaxalanan Fətullahçı Terör Örgütü (FETÖ)-nün mühüm adamlarından biri olan Kemal Öksüzün Azərbaycan Dövlət Neft Şirkətiylə gizli maliyyə əlaqələrinin ortaya çıxarıldığına dair 9 və 11-ci səhifələrdə iddialar olduğunu qeyd edib.

İttihamnamədə Konqres üzvlərinin Azərbaycana FETÖ-çü “Turkuaz Amerikalı və Avrasiyalılar Şurası” (TCAE) və “Azərbaycanın Dostları Assambleyası” (AFAZ) əsas olmaqla,7 qurum tərəfindən aparıldığına dair iddilar yer alıb.

O səfərlər üçün SOCAR-nin AFAZ-a və mərkəzi Bakıda olan PSG adlı başqa bir quruma 2.2 milyon dollar ödədiyinə dair iddialar da ittihamnamədə öz əksini tapıb.

Kemal Öksüzün 17 mart 2013-cü ildə prokurorluğa verdiyi ifadədə dediyi “Məsrəfləri öz qurumlarımız vasitəsilə ödədik” sözlərinin yalan olduğu da ittihamnamə yer alan başqa bir ittihamdır.

“Washington Post” qəzeti 13 may 2015-ci ildə ABŞ Konqresinin 10 üzvünün Azərbaycana səfərinin şübhəli maliyyə mənbələrinə dair yazı çap edib.