Şumaxerin oğlu çempion oldu

Əfsanəvi pilot, “Formula 1”in yeddiqat çempionu Mixael Şumaxerin oğlu Mik vaxtından əvvəl Avropa “Formula-3” yarışlarının çempionu titulunu qazanıb.

Axar.az xəbər verir ki, 19 yaşlı Mik Şumaxer yarışların Hokkenhaym mərhələsinin ikinci yürüşünü ikinci yerdə başa vuraraq ən yaxın izləyicisi Den Tiktuma üçün əlçatmaz olub. Bu mövsümdə o, “Formula 3”də səkkiz yürüşü udub.