Əfqanıstanda silahlıların hücumu nəticəsində 22 polis ölüb

Radikal “Taliban” qruplaşmasının silahlıları Əfqanıstanda təhlükəsizlik qüvvələrinin maşın karvanına hücum edib, nəticədə azı 22 polis məmuru ölüb.

“RİA-Novosti” xəbər verir ki, bu barədə Əfqanıstanın “Pajvak” agentliyi məlumat yayıb.

Hadisə Əfqanıstanın qərbindəki Fərah vilayətində baş verib.

Həmçinin daha 5 polisin yaralandığı bildirilir.