ABŞ-da ilk: İki müsəlman qadın konqresmen oldu

0

ABŞ-da keçirilən aralıq seçkilərdə ilk dəfə olaraq iki müsəlman qadın Nümayəndələr Palatasına üzv seçilib. Bu barədə CNN xəbər yayıb. 

Məlumata görə, Miçiqan və Minnesota ştatlarından seçkiyə qatılan Fələstin əsilli Rəşidə Tlabi və Somali əsilli İlhan Omar seçkilərdə qələbə qazanıblar.

Hər iki müsəlman qadın Nümayəndələr Palatasında Demokratlar partiyasını təmsil edəcək.

Somali əsilli İlhan Omar Palataya seçilən ilk hicablı qadın kimi tarixə düşüb.

Xəbərdə deyilir ki, ABŞ Konqresində aralıq seçkilərdə qadın siyasətçilər, ümumiyyətlə, rekord müəyyən ediblər. Belə ki, Konqresə 107 qadın seçilib.