ABŞ Tbilisinin yaxınlığında yeni hərbi aerodrom inşa edəcək

Stiv Layons və Mamuka Baxtadze

ABŞ və Gürcüstan Tbilisinin yaxınlığında Vaziani hərbi bazasında yeni hərbi aerodrom inşa edəcəklər. Bu barədə Gürcüstanda səfərdə olan ABŞ Nəqliyyat Komandanlığının komandanı Stiv Layons bildirib.

Öz növbəsində Gürcüstanın müdafiə naziri Levan İzoriya bildirib ki, yeni aerodrom NATO-nun Müdafiə Hazırlığı Mərkəzinin (GDRP) bir hissəsi olacaq.

Bu təşəbbüs oktyabrda Brüsseldə keçirilmiş Gürcüstan-NATO komissiyasının iclasında Levon İzoriya tərəfindən irəli sürülüb.

Mərkəz ABŞ-ın dəstəyilə üç il ərzində gürcü hərbi qulluqçuların yenidən hazırlanması üçün nəzərdə tutulub. Gürcüstanın müdafiə hazırlığının artırılması proqramı ABŞ və Gürcüstanın Silahlı Qüvvələri tərəfindən hazırlanır və yerinə yetirilir.

Agenda.ge İnformasiya Agentlyinin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, yeni aerodrom üçün vəsait həm ABŞ, həm də Gürcüstanın büdcəsindən ayrılacaq.

Gürcüstanın baş naziri Mamuka Baxtadze general Layons ilə görüşündə bildirib ki, yeni aerodrom Gürcüstanda yerli və beynəlxalq hərbi təlimlərin keçirilməsi üçün daha geniş imkanlar yaradacaq.