ABŞ WikiLeaks-in təsisçisinə qarşı ittiham irəli sürüb

ABŞ WikiLeaks-in təsisçisinə qarşı ittiham irəli sürüb. İttihamla bağlı xəbəri WikiLeaks öz Twitter hesabında səhvən, Virciniya məhkəməsi ilə əlaqəsi olmayan bir məlumatı paylaşmaq istəyərkən açıqlayıb.

Assanj yüz minlərlə gizli sənədin yayılmasına görə məsuliyyət daşıyır. Bu sənədlərin WikiLeaks saytında yayılması dünyada bir çox hökümətin qəzəbinə səbəb olub.

45 yaşlı avstraliyalı Assanj Əfqanıstan və İraq müharibələrinə dair 500 minədək məxfi sənədin sızdırılmasına görə məhkəmə qarşısına çıxarıla bilər.

Assange 2012-cı ildən Ekvadorun Londondakı səfirliyində gizlənib. O, ilkin olaraq iki qadının 2010-cu ildə cinsi təcavüz və zorlama ittihamları ilə İsveçə ekstradisiya olunmaqdan yayınıb.

Bir il öncə İsveç istintaqı yekunlaşsa da, Assanj Britaniyanın özündə zaminə buraxılma şərtlərini pozduğuna görə həbs təhlükəsinə görə səfirlikdən çıxa bilmir.