ABŞ yenidən Suriyanı bombalayıb, 20-yə yaxın qadın və uşaq ölüb

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın Deyr əz-Zor əyalətinin Hacin şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 20 dinc sakin həyatını itirib.

TASS xəbər verir ki, bu barədə şənbə günü yerli SANA dövlət agentliyi məlumat yayıb.

Bildirilir ki, aviasiya şəhərin Əs-Suk rayonuna zərbə endirib. Ölənlər arasında 9 uşaq və 8 qadın var.

Noyabrın 23-də sözügedən şəhərə analoji hava zərbələri zamanı 11 suriyalı həyatını itirib.