Almaniya Çindən uyğur məsələsində şəffaf olmağı tələb edib

Almaniyanın xarici işlər naziri Hayko Maas Çində “müsəlmanların yenidən tərbiyələnməsi düşərgəsi”ndə olduqdan sonra bəyanatla çıxış edib.

Report xarici KİV-ə istinadən xəbər verir ki, o, rəsmi Pekini Sintezyan-Uyğur Muxtar Rayonunda müsəlmanların hüquqlarının pozulması, uyğurların məsələsində şəffaflığa əməl etməyə çağırıb.

“Biz yenidən tərbiyələnmə düşərgələrinin mövcudluğunu qəbul edə bilmərik. Vəziyyəti dəyərləndirmək üçün biz daha çox informasiya əldə etməliyik”, – H.Maas Çin baş nazirinin müavini Lyu Xe ilə görüşdən sonra vurğulayıb.

Bir müddət əvvəl britaniyalı diplomatlar Sintezyan-Urumçu rayonuna səfər edib, çoxsaylı hesabatlarda müsəlmanlar üçün düşərgənin olduğu barədə informasiyanı təsdiqləyiblər.

Britaniyanın xarici işlər naziri Ceremi Hant Çində həmin düşərgəni gördüklərini Krallığın parlament üzvləri qarşısında çıxışında bildirib.