“Atletiko” qələbə qazandı

“Atletiko” La Liqada növbəti oyununa çıxıb.Madrid klubu 12-ci turda “Atletik”i (Bilbao) qəbul edib. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Atletiko” – “Atletik” – 3:2
Qollar:
 Villiams, 36 (0:1), Tomas, 61 (1:1), Villiams, 64 (1:2), Rodri, 80 (2:2), Qodin, 90+1 (3:2)

Bu qələbə ilə xalını 23-ə yüksəldən  Dieqo Simeonenin komandası turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.”Barselona” 24 xalla (11 oyundan), “Espanyol” 21 xalla (11 matçdan) 3-cüdür.