BMT Rusiyanı Ukrayna gəmilərini buraxmağa çağırıblar

BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa, Niderland, Polşa, İsveç və Böyük Britaniya məşvərətdən sonra Ukrayna gəmilərini buraxmaq və onların Kerç boğazından keçmələrinə icazə verməsi xahişi ilə Rusiyaya müraciət ediblər.

Bu barədə ölkələrin yaydığı birgə bəyanatda deyilir.

“Ölkələr Rusiyanı Azov dənizində Ukrayna limanlarına maneəsiz girişi təmin etmək…, Kerç boğazı ilə keçid sərbəstliyini geri qaytarmaq və bütün tərəfləri gərginliyi dərhal azaltmaq üçün son dərəcə səbrlilik nümayiş etdirməyə çağırıblar”, — deyə sənəddə bildirilir.

Üzv ölkələr bəyan ediblər ki, saxlanılan Ukrayna dənizçiləri azad olunmalı, ələ keçirilən gəmilər isə geri qaytarılmalıdır.

Bundan əvvəl Ukrayna prezidenti Petro Poroşenko ölkə ərazisində hərbi vəziyyət tətbiq etmək barədə qərar qəbul edib.