Bu mənə və ailəmizə təzyiqdir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Şəki rayon təşkilatının fəalı Rauf Əbdurəhmanlının qardaşı Ramin Əbdürəhmanlı saxlanılıb. Bu barədə Rauf Əbdürəhmanlı bildirib.

Qardaşının Şəkidə yaşadığını, heç bir siyasi fəaliyyəti olmadığını, maldarlıqla dolandlığını deyən Rauf Əbdürəhmanlı onun saxlanmasını və 10 sutka inzibati cəza verilməsini əsassız sayır: “Bu inziabti cəza əslində mənə, ailəmizə təzyiqdir”, deyə R.Əbdürəhmanlı qardaşının bu il noyabrın 22-də saxlanılaraq cəza almasına münasibət ifadə edib.

R.Əbdürəhmanlı deyir ki, bu ilin iyununda özü də 30 sutkalıq cəzaya məruz qalıb: “Həmin vaxt məni iyun ayında geçə ilə Şəki polisinə təhvil verdilər və rayona apararaq mənə 30 sutka inzibati cəza verildi. Amma cəzanı çəkib çıxdığım gün məni Şəki Rayon Polis İdarəsində müstəntiqin yanına göndərdilər və müstəntiq dedi ki, mənə qarşı cinatəy işi də açılıb, bir də sosal şəbəkələrdə çıxış etsəm cinayət işi açılacaq”.

R.Əbdürəhmanlı bunu da bildirir ki, 2014-cü ildə özü, 2016-cı ildə isə qardaşı işlədikləri müəssisədən azad olunublar.

R.Əbdürəhmanlının pois tərəfindən saxlanması və inzibati cəza alması ilə bağlı Şəki rayon Polis Şöbəsindən məlumat almaq mümkün olmayıb.

Xatırladaq ki, noyabrın 22-də AXCP-nin mühacirətdəki fəalı Məhəmməd Mirəzlinin yeznəsi də onun siyasi fəaliyyəti ilə bağlı inzibati qaydada həbs edildiyini açıqlamışdı.

Həmin həbs olayı ilə bağlı rəsmi qurumlar hər hansı açıqlama verməyib.