“Bu rüsvayçılığa son qoyulmalı, şəhid ailələrinin sığorta haqqları dərhal ödənilməlidir!”

0
Arif Hacılı

Müsavat başqanı Arif Hacılı şəhidlərin sığorta haqlarının ödənilməsində hökümətin laqeyd münasibətinə münasibət bildirib. Arif hacılı bu barədə özünün “facebook” səhifəsində yazıb.

“Qanuni sığorta haqqlarını tələb edən şəhid ailələri təqib və basqı altında küçələrdə qalıb. Yalnız onları yox, hamımızı aşağılayan bu duruma son qoymaq üçün dövlətin yetərli maliyyə imkanları var. Bəlkə də bir yüksək vəzifəli məmurun il ərzində mənimsədiyi miqdarda vəsait ayırmaqla içimizi göynədən bu problemi həll etmək mümkündür.”, -Arif Hacılı bildirib.

“İqtidar sahiblərinin bu durumdan da siyasi məqsədlər naminə istifadə etmək cəhdləri rəzalətdir. Bu rüsvayçılığa son qoyulmalı, şəhid ailələrinin sığorta haqqları dərhal ödənilməlidir!”, -Arif Hacılı əlavə edib.