Daha bir ölkədə marixuana leqallaşdırıldı

AP Photo/Ted S. Warren

Böyük Britaniyada marixuananın tibbi məqsədlər üçün istifadəsinə qoyulmuş qadağa aradan qaldırılıb. 

Qadağanın aradan qaldırılması barədə qərar rəsmi şəkildə verilib.

Artıq bu gündən bu ölkədə həkimlər xəstələrə lazım olduğu təqdirdə kannabinoid tərkibli preparatlar yaza biləcəklər.

ABŞ-ın 20-dən çox ştatı, Kanada, Argentina, Avstraliya, Belçika, Braziliya, Xorvatiya, Çexiya və bir sıra digər ölkələrdə marixuanadan müəyyən həcmdə istifadə artıq leqallaşdırılıb.

Əvvəlki məqaləUSAİD Azərbaycanda vətəndaş cəmiyyətinin ciddi tənəzzülə uğradını bildirir
Növbəti məqalədəABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib