Gəncədə Karen Kazaryanın işi üzrə məhkəmə prosesi başlayıb

Karen Kazaryan

Noyabrın 6-da Gəncə şəhərində Azərbaycanda terror aktı həyata keçirmək cəhdində ittiham olunan Ermənistan vətəndaşı Karen Kazaryanın işi üzrə məhkəmə prosesi başlayıb.

Turan-ın məlumatına görə, proses Gəncə Ağır Cinayətlər Məhkəməsində Dadaş İmanovun sədrliyi ilə keçirilir.

Məhkəmədən bildiriblər ki, Kazaryana qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. O, 2018-ci il iyulun 15-də Qazax rayonunun sərhəddə yerləşən Kəmərli kəndində yerli sakinlər tərəfindən görüşdükdən sonra saxlanılıb.

İstintaq iddia edir ki, Kazaryan silah və partlayıcı maddədən istifadə etməklə terror aktı törətmək niyyətində olub.

Öz növbəsində, Ermənistan tərəfi Kazaryanın diversiyaçı olmadığını iddia edir. Ermənistan tərəfin versiyasına görə, o, sərhədi təsadüfən keçən ruhi xəstədir.