Hikmət Hacıyev PA-da şöbə müdiri təyin olundu

Prezident İlham Əliyev Prezident Administrasiyasına yeni təyinatla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdirinin müavini Hikmət Hacıyev şöbənin müdiyi təyin edilib.

Sərəncam imzalandığı gündən, yəni noyabrın 26-dan qüvvəyə minib.

Xatırladaq ki, Hikmət Hacıyev 2014-cü ildən 2018-ci ilə kimi xarici işlər nazirinin mətbuat katibi vəzifəsində işləyib. 2018-ci ilin sentyabrında isə PA xarici siyasət məsələləri üzrə şöbəyə müdir müavini təyin olunub.