İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

0

Noyabrın 7-də dövlət başçısı İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Rəsmi məlumatda deyilir ki, səfər iki gün davam edəcək. Ehtimal etmək olar ki, səfər zamanı Bakı və Brüssel arasında ikitərəfli əməkdaşlıq məsələləri, həmçinin Qarabağ nizamlanması ətrafında vəziyyət müzakirə olunacaq.

Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli sazişin bağlanması haqda danışıqlar uzun zamandır davam edir, ancaq konkret qərar yoxdur.