“İnter” “Barselona” ilə oyundan rekord gəlir əldə edib

0

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Barselona”nı qəbul edəcək “İnter” bu oyununun bilet satışından rekord gəlir əldə edib. 

Bu barədə İtalyan klubu açıqlama yayıb. Məlumata görə, Milan təmsilçisi sözügedən oyun üçün satılan 73 min 500 min bilet satışından ümumilikdə 5.8 milyon avro gəlir əldə edib. Bu isə İtaliya futbolu üçün rekord göstəricidir.

Bundan əvvəl bilet satışından ən çox gəlir gəlir əldə edən klub “Roma” olub. Paytaxt klubu ötən mövsüm ÇL-in yarımfinalında “Liverpul”la görüşdə bilet satışından 5.2 milyon avro qazanc əldə etmişdi. Həmçinin ötən mövsüm “İnter” – “Yuventus” oyununda  eyni məbləğ yığılıb.