“Liverpul” müdafiəçisini transferə çıxarır

“Liverpul”un müdafiəçisi Nataniel Klayn qış fasiləsində komandadan ayrıla bilər.

Mersisaydlılar 27 yaşlı futbolçusunu satmağa hazırlaşır. Yurgen Klopp əsas heyətdə şans vermədiyi oyunçunun komandada qalmasını istəmir.

Qeyd edək ki, Klayn “Liverpul”a 2015-ci ilin yayında “Sauthempton”dan 12 milyon funt-sterlinqə transfer olunmuşdu. Onun klubla 2020-ci ilin yayına kimi müqaviləsi var.