“Mançester Siti” Çində klub alır

0

İngiltərənin “Mançester Siti” klubunun rəhbərliyi Çində klub alacağını açıqlayıb.

Məlumata görə, “şəhərlilər” Çin Super Liqasında çıxış edən komandalardan birini “City Football Group” korporasiyasına daxil etmək istəyirlər.

“Mançester Siti” rəhbərliyi Çin klubunun alınması ilə bağlı danışıqların son mərhələsində olduğunu bildirib.

Komandanın adı açıqlanmasa da, onun Çendu şəhərinin təmsilçisi olduğu ehtimal edilir.

İngiltərə təmsilçisinin rəhbərliyi hesab edir ki, bu, klubun dünyada öz brendinin tanınmasını daha da artıracaq.

Hazırda “Mançester Siti” ilə əlaqələri olan klublar siyahısında ABŞ-ın “Nyu-York Siti”, Avstraliyanın “Melburn”, Uruqvayın “Torke”, İspaniyanın “Jirona”, Yaponiyanın “Yokohama” və “Marinos” klubları da var.