“Monako” klubunun sahibi rusiyalı milyarder həbs olunub

0

“Monako” klubunun sahibi rusiyalı milyarder Dmitriy Rıbolovlev qanun pozuntusunda şübhəli bilinir.

Bu gün saxlanılan klub rəhbəri yerli prokurorluğun tələbi ilə Çempionlar Liqasının qrup mərhələsində “Brügge” ilə oyun öncəsi təcridxanaya yerləşdirilib. Onun ofisində axtarış aparılıb.

Korrupsiyada ittiham olunan rusiyalı milyarder haqda hələ ötən ildən istintaq aparılırdı.