Nazir müavini vəzifədən azad edilib

Energetika nazirinin müavini Natiq Abbasov tutduğu vəzifədən azad edilib. 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 noyabr 2018-ci il tarixli 719 nömrəli Sərəncamı ilə Natiq Balaş oğlu Abbasov energetika nazirinin müavini vəzifəsindən azad edilib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Natiq Abbasov 2009-cu ildən energetika nazirinin müavini vəzifəsində idi.