“Qalatasaray” “Fənərbaxça”ya qarşı

Bu gün Türkiyə superliqasında 11-ci tura start veriləcək.

Qol.az-ın xəbərinə görə, bütün diqqətlər İstanbula yönələcək. Burada “Qalatasaray” əzəli rəqibi “Fənərbaxça”nı qəbul edəcək. İstanbul derbisi Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Fatih Terimin çalışdırdığı “Qalatasaray” 10 oyundan sonra19 xalla 3-cü pillədə qərarlaşıb. Ağır günlərini yaşayan “Fənərbaxça” isə 9 xalla 15-ci sıradadır.

Xatırladaq ki, “Fənərbaxça” rəhbərliyi ötən tur “Ankaragücü”nə 1:3 hesablı məğlubiyyətdən sonra baş məşqçi Fillip Kokunu istefaya göndərib. “Sarı-lacivərdliler”i oyuna hollandiyalı mütəxəssisin köməkçisi Ervin Kuman çıxaracaq.

Türkiyə superliqası, 11-ci tur

22:00 “Qalatasaray” – “Fənərbaxça”