“Qalatasaray” klubunda ciddi itki

Belhanda

“Qalatasaray”ın aparıcı futbolçularından olan Yunes Belhanda ciddi zədə alıb.

Klubun yaydığı xəbərə görə, həkim müayinəsindən sonra 28 yaşlı yarımmüdafiəçinin əzələsində yırtıq aşkarlandığı məlum olub.

Belhandanın 6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Mərakəş millisinin üzvü Afrika Millətlər Liqasının qrup mərhələsinin Kamerunla oyununda (2:0) zədələnərək meydanı tərk etmişdi.