”Qarabağ Komitəsi”nin növbəti aksiyasına icazə verilmədi

0

Bakı Şəhər İcra Hakimiyyəti “Qarabağ Komitəsi”nin ABŞ, Rusiya və Fransanın ölkəmizdə olan səfirlikləri qarşısında noyabrın 8-də aksiya keçirməsi ilə bağlı müraciətinə rədd cavabı verib.

İcra hakimiyyəti səfirliklərin nəqliyyatın intensiv hərəkət etdiyi yerlərdə yerləşdiyini əsas gətirərək bildirib ki, həmin ərazilərdə toplantıda iştirak etmək niyyəti olmayan vətəndaşların sərbəst hərəkətinə və nəqliyyat vasitələrinin iş ahəngində ciddi problem yaranacaq:

“Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin birinci hissəsinə uyğun olaraq qeyd etdiyiniz yerlərdə piketin keçirilməsi məqsədəuyğun sayılmır”.

Bakı Şəhər İcra Hakimiyyəti “Qarabağ Komitəsi”nin noyabrın 24-də keçirilməsi nəzərdə tutulan mitinqinə də icazə verməmişdi.