“Real”dan ilk transfer

“Real”ın bu qış transfer edəcəyi ilk futbolçu müəyyənləşib.

İspaniya mətbuatına yaydığı xəbərə görə, bu, “River Pleyt”in yarımmüdafiəçisi Esekiel Palasiosdur. 20 yaşlı oyunçu ilə yanvarda 5 illik müqavilə imzalanacaq.

Madrid klubu bu transfer üçün Argentina klubuna 20 milyon avro ödəyəcək.

Qeyd edək ki, E.Palasios bu mövsüm 8 matçda 1 qol vurub, 2 qolun ötürməsin verib.