“Taliban” yaraqlıları Əfqanıstanda 25 nəfəri qaçırıb

Radikal “Taliban” hərəkatının yaraqlıları Əfqanıstanın Saripul əyalətinin Bəlxab mahalından Məzari-Şərif şəhərinə gedən 25 nəfəri qaçırıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Bəlx vilayətinin qubernatorunun nümayəndəsi məlumat verib.

Qaçırılanların hazırda harada olduğu hələlik bilinmir.