“Tottenhem” “Real”dan 250 milyon tələb edir

“Real”ın maraq dairəsində olan “Tottenhem”in yarımmüdafiəçisi Kristian Eriksenin “kral klubu”na transferi elə də asan başa gəlməyəcək.

London təmsilçisi danimarkalı futbolçu üçün ispanlardan fantastik məbləğ tələb edib. İngilis klubu aparıcı oyunçusunu 250 milyon avrodan ucuz satmayacağını bildirib.

Qeyd edək ki, Eriksenin “Tottenhem”lə 2020-ci ilin yayına qədər müqaviləsi var. “Real” 26 yaşlı futbolçuya Luka Modriçin əvəzləyicisi kimi baxır.