Tramp ABŞ-ın dövlət borclarını tam ödəyəcəyi tarixi açıqlayıb

ABŞ lideri Donald Tramp Birləşmiş Ştatların öz dövlət borcunu onun ikinci prezidentlik müddətinin sonunda bağlayacağını bildirib. Bu barədə “The Hill” nəşri yazıb.

Çərşənbə günü iş yerlərinin artırılmasına həsr olunmuş tədbirdə çıxış edən Tramp ABŞ-ın böyük məbləğdə borcunun olduğunu və ölkənin tezliklə onları ödəməyə başlayacağını bildirib.

Bundan əvvəl ABŞ-da büdcə kəsirinin ÜDM-ə nisbəti 6 illik rekordu yenilədiyi məlum olub.

Əvvəlki məqaləKimə inanmalı? – Qubad İbadoğlu
Növbəti məqalədəSiyasi məhbus Abbas Hüseynovun şikayəti təmin olunmayıb